30 yanvar 2022-ci il tarixində "2 Fevral-Azərbaycan Gəncləri Günü"nün təsis edilməsinin 25 illiyi münasibəti ilə "Gənclər həftəsi" çərçivəsində Xocalı və Goranboy rayon Gənclər və İdman İdarələrinin birgə təşkilatçılığı ilə "N" saylı hərbi hissədə konsert praqramı təşkil edilib. Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilib. Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən natiqlər ölkəmizin inkişafında gənclərin rolundan danışıblar. Həmçinin qeyd edilib ki, 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan gənclərində torpaq, Vətən sevgisinin nə qədər böyük olduğunu ortaya qoydu. Gənclərimiz həm döyüş meydanında, həm də kompüter arxasında informasiya müharibəsində vətənpərvərlik hisslərini nümayiş etdirdilər. Dövlətimizin başçısı İlham Əliyevin “İrəli, Azərbaycan əsgəri!” çağırışına cavab verən gənclərimiz böyük ruh yüksəkliyi ilə silaha sarılaraq torpaqlarımızı işğaldan azad etdi, üçrəngli bayrağmızı dalğalandırdılar. Azərbaycan əsgəri yazdığı yeni tarixlə xalqımızın qürurunu özünə qaytardı. Daha sonra hərbi hissənin komandiri və bir sira zabit və əsgər heyəti nümunəvi xidmətlərinə görə "Təşəkkürnamə" ilə təltif edilib. Konsert praqramı əyləncəli musiqilərlə davam etdirilib. Tədbirin sonunda gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsində göstərdiyi diqqətə görə hərbi hissə komandiri tərəfindən Xocalı rayon Gənclər və İdman İdarəsinin rəisi Elməddin Bağırov və Goranboy rayon Gənclər və İdman İdarəsinin rəisi Elşad Həsənova Fəxri Fərman təqdim edərək işlərində uğurlar arzulayıb.